RU

Azərbaycan avtomobil idxalını azaldıb

2024-cü ilin  yanvar-avqustunda ölkə 1 milyard 111 milyon ABŞ dolları dəyərində 58 939 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.  Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 % çox və 10,3 % azdır. Bu barədə  Dövlət Gömrük Komitəsinə (DGK) məlumat yayıb.

Məlumata görə, 8 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı dəfə 2 dəfə artaraq 165 ədəd (14,395 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 13 % azalaraq 53 006 ədəd (973 milyon ABŞ dolları dəyərində) təşkil edib.

2024-cü ilin birinci yarısında Hacıqabul Sənaye Parkında  istehsal edilən 38 milyon manat dəyərində  1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manat dəyərində  203 ədəd avtomobil satılıb ki bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20%  çoxdur.
 
cari ilin 7 ayında idxal olunan avtomobillərin ümumi dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 830,5 milyon dollar təşkil edib.


O cümlədən, 71,5 milyon ABŞ dolları (artım 16,4%) dəyərində 1792 elektromobil (artım 20,1%) və 326,2 milyon dollar dəyərində (artım 74,9%) 11276 ədəd hibrid avtomobil (artım 33,8%) idxal edilib.
 
Aytac

www.anews.az
Избранный
151
17
anews.az

10Источники