RU

Azərbaycan və Ukrayna sahibkarları arasında görüş keçirilib

Azərbaycanda səfərdə olan 20-yə yaxın Ukrayna iş adamı yerli sahibkarlar və biznes assosiasiyalarının nümayəndələri ilə görüşüb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına əsasən, “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev, “CEO Club London”nun prezidenti Sergey Qaydaçuk, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov iştirak ediblər.

Görüşdə ölkəmizdə biznes və investisiya qoyuluşu imkanları, sahibkarlara göstərilən dəstək tədbirləri və iş adamları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində Azərbaycan və Ukrayna sahibkarları arasında B2B görüşlər də keçirilib.

Избранный
20
4
vergiler.az

5Источники