RU

AES-dən biometrik pasport tətbiqi

Qərbi Afrika ölkələri Mali, Niger və Burkina Fasodan ibarət Sahel Dövlətləri Alyansı (Alliance of Sahel States – AES) öz aralarında əməkdaşlıq və təhlükəsizliyi artırmaq üçün ortaq pasport sistemi tətbiq edəcəklərini açıqlayıb.

AES-in prezidenti və Malidəki keçid hökumətinin lideri Assimi Goita, birliyinin yaradılmasının birinci ildönümü ilə əlaqədar bir televiziya kanalına verdiyi açıqlamada, üç ölkə arasında hərəkətliliyi asanlaşdıracaq birgə “biometrik pasport tətbiqi”ni işə salacaqlarını söylədi.

Bölgədə terror qruplaşmalarına qarşı mühüm nailiyyətlər əldə etdiklərini qeyd edən Qoita AES-in regional tərəfdaşlarla yanaşı, beynəlxalq tərəfdaşlarla da danışıqlara açıq olduğunu bildirib.

“Üç ölkə arasında əməkdaşlıq terrorçu qrupları əhəmiyyətli dərəcədə zəiflətməklə yanaşı, həm də regionda təhlükəsizliyin artırılmasına töhfə verib”, – Qoita bildirib.

Assimi Qoita həmçinin AES-in birgə televiziya kanalı yaradacağını bildirib.

***

Mali, Niger və Burkina Faso keçən il Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəldilər və Sahel Dövlətləri Alyansını (AES) qurdular.

Üç ölkə iyulun 6-da Nigerin paytaxtı Niameydə ilk sammitini keçirib. Sammitdə 3 ölkədən ibarət “Sahel Dövlətləri Konfederasiyası”nın yaradılması ilə bağlı ortaq bəyannamə imzalanıb və Mali prezidenti Assimi Qoita 1 il müddətinə AES-in müddətli prezidenti seçilib.

Избранный
40
3
vaxt.az

4Источники