Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.