RU

Türkiyədə «kartdan karta» cərimələri başladı – BİRDƏFƏYƏ 250 MİLYON LİRƏ

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi, ödənişləri IBAN vasitəsilə qəbul edərək vergidən yayınan 250 vergi ödəyicisini araşdırıb.

Azərbaycanda çətinliyi olan şirkət və şəxslərə – VERGİNİ ÖDƏMƏK ÜÇÜN VAXT VERİLƏCƏK - YENİLİK

Xəstəxanalar üçün ƏDV üzrə güzəştlər - 5 VACİB MƏQAM

Türkiyədə nağd ödənişlərə limit qoyula bilər

FED.az xəbər verir ki, araşdırma zamanı vergi ödəyicilərinin 1,5 milyard lirəlik qazancı gizlətdiyi aşkar edilib və Vergi Müfəttişliyi bu məbləğə 250 milyon lirə vergi cəzası kəsib.

Vergi müfəttişləri İVAN vasitəsilə vergidən yayınanları tapmaq üçün vergi ödəyicilərinin bank hesablarını və pul hərəkətlərini təhlil ediblər. Bank hesabları üzrə səbəb-nəticə əlaqəsi quran vergi müfəttişləri, araşdırmalarını ilk olaraq müəyyən edilən 250 vergi ödəyicisinə genişləndirib. Aşkar edilib ki, həmin ödəyicilər 1,5 milyard lirəlik qazancı və ya dövriyyəni vergidən gizlədiblər.

Müəyyən edilib ki, müştəriləri IBAN-a yönləndirən və qeydiyyatdan keçməyən gəlirlər müxtəlif sektorlardan olan bizneslərə məxsusdur. Məsələn, üç böyük vilayətdə filialları olan lüks restoranlar şəbəkəsi, qiymətli daşlar və zinət əşyaları sahəsində fəaliyyət göstərən bir markanın filialı, avtomobil ehtiyat hissələri alqı-satqısı biznesi, toy təşkilatı biznesləri, sosial media mütəxəssisləri, virtual market biznesləri, hətta daşınmaz əmlak alqı-satqısı edənlər belə pozuntulara yol veriblər. Nəticədə bu adamlara 250 milyon lir əvə ya 7,3 milyon dollar cərimə kəsilib.

Xəzinə və maliyyə naziri Mehmet Şimşək bu məsələ ilə bağlı əhaliyə və şirkətlərə bir daha xəbərdarlıq edib. O, müxtəlif bəhanələrlə ödənişi bank hesablarından ödənişlərini almaq istəyən, müştərilərinə qəbz və faktura verməyərək vergidən yayınan vergi ödəyiciləri ilə bağlı araşdırmaların davam edəcəyini bildirib.

Üstəlik o bildirib ki, "Hesablara gələn pulların başqalarına aid olduğunu ifadə edən şəxslər və şirkətlər baxımından da araşdırmalar davam edir".

Избранный
14
fed.az

1Источники