RU

Vüqar Bayramov: "Bilik günü təhsil və inkişaf yolunda əhəmiyyətli addımdır"

Bu gün ölkəmizdə “Bilik günü” kimi qeyd olunur və bu əlamətdar gün münasibətilə Millət vəkili Vüqar Bayramov təhsil və insan kapitalının əhəmiyyətinə dair fikirlərini bölüşüb. O, Bilik Günü ilə bağlı paylaşımında təhsilin cəmiyyətin və ölkənin inkişafı üçün vacib olduğunu vurğulayıb:

“Bu gün insanları arzularına, xəyallarına çatdıran, gələcək planlarını gerçəkləşdirməyə zəmin yaradan bir həyat yolunun başlanğıcıdır. Təhsildə atılan hər bir uğurlu addım ölkəmizin davamlı inkişafının təminatıdır.”

Vüqar Bayramov, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafını qeyd edərək, həmin ərazilərin də ölkənin ümumi inkişafına insan kapitalının böyük töhfə verəcəyini bildirib. O, insan kapitalının inkişafının yalnız daha yaxşı təhsillə mümkün olduğunu vurğulayıb: “Azərbaycanımızın daha da inkişafı, o cümlədən tarixi ərazilərimiz Qarabağ və Şərqi Zəngəzurun inkişafı insan kapitalından asılıdır. İnsan kapitalının inkişafı isə məhz daha keyfiyyətli təhsildən keçir.”

Sonda Vüqar Bayramov bütün şagirdləri, tələbələri və valideynləri Bilik Günü münasibətilə təbrik edərək, onlara bu məsuliyyətli və vacib həyat yolunda uğurlar arzulayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
qht.az

1Источники