RU

QHT sədri təhsil sektorundakı yeniliklər və xərclərlə bağlı məlumat verdi

2024-2025-ci tədris ili ölkəmizdə rəsmi olaraq başladı və bu münasibətlə İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli, QHT.az-a açıqlama verərək təhsil sahəsində görülən işlər və ayrılan büdcə haqqında ətraflı məlumat paylaşıb.

QHT.az xəbər verir ki, E. Kərimli qeyd edib ki, sabahdan etibarən Azərbaycanda 2,2 milyon şagird, 240 mindən çox tələbə, və təxminən 40 min peşə təhsili müəssisələrinin tələbələri tədrisə başlayacaqlar. 2024-cü il Dövlət büdcəsindən təhsilə ayrılan ümumi xərclərin məbləği 4 549 916 090 manat təşkil edir. Bu xərclər aşağıdakı istiqamətlərə ayrılmışdır:

  • Ümumi təhsil: 2 371 983 758,0 manat
  • Ali təhsil: 134 806 154,0 manat
  • Məktəbəqədər təhsil: 453 018 349,0 manat
  • Peşə təhsili: 77 135 017,0 manat
  • Orta ixtisas təhsili: 101 114 397,0 manat
  • Əlavə təhsil: 20 727 009,0 manat
  • Təhsil sahəsində tətbiqi tədqiqatlar: 7 586 356,0 manat
  • Təhsil sahəsində digər müəssisə və tədbirlər: 1 383 545 050,0 manat

Eyyub Kərimli vurğulayıb ki, bu məbləğ ümumi dövlət büdcəsinin 12%-ni təşkil edir və bu vəsaitlər təhsilin müxtəlif pillələri üzrə tədrisin inkişafı üçün vacibdir. O, həmçinin təhsil müəssisələrinin rəqəmsallaşmasına və gələcəyin ixtisaslarının artırılmasına böyük ehtiyac olduğunu qeyd edib.

Ekspertin sözlərinə görə, ali təhsil müəssisələrində təhsil haqqı 25%-ə yaxın artırılıb. O, bu artımın tədrisin keyfiyyətinin yüksəlməsinə və universitetlər arasında sağlam rəqabətin formalaşmasına xidmət edəcəyinə ümid edir.

Sonda Kərimli bütün şagirdləri, tələbələri və müəllimləri yeni tədris ili münasibətilə təbrik edərək, onlara uğurlar, nailiyyətlər və səbr arzu edib.

 

Избранный
12
qht.az

1Источники