RU

Türkiyənin “Polad Günbəz” sistemi sınaqdan uğurla keçirildi

Türkiyə "Polad günbəz" kimi tanınan SİPER-2 hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.

Yenisabah.az xəər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Qurumunun rəhbəri Haluk Görgün məlumat verib.

O bildirib ki, layihə ölkənin təhlükəsizliyinə qoyulan ən böyük investisiyalardan biridir: kapital bank vakansiya

“SİPER sistemi uzaq məsafədə və yüksək hündürlükdə effektiv qorunma təmin edərək, dövlətimizin sərhədlərini polad qalxan kimi tamamilə müstəqil qorumaq məqsədimizi gücləndirir”.

SIPER-2-nin inkişafı üzərində Türkiyənin Aselsan, Roketsan və Tübitak SAGE şirkətləri çalışıb. Hava hücumundan müdafiə sistemi bir neçə komponentdən ibarətdir: “Sunqur” zenit-raket kompleksi, “SIPER” uzaq mənzilli hava hücumundan müdafiə sistemi və lazer qurğusu.

Türkiyənin “Polad günbəz”i də “dost və ya düşmən” hədəfi müəyyən edən sistemlə təchiz edilib və hər biri altı raketi yerləşdirə bilən səkkiz buraxılış qurğusundan eyni vaxtda raket atmaq qabiliyyətinə malikdir.

SİPER-2-nin qanadlı raketləri, qırıcı təyyarələri, hava-yer raketlərini, pilotsuz təyyarələri və gələcəkdə ballistik hədəfləri də məhv edə biləcəyi gözlənilir. İlk belə sistem bu ilin sonuna qədər Türkiyə ordusunda istifadəyə verilməlidir.

Ermənistan xəbərləri - NEWS.am

Çap et

Revmatoloq: "Yalnız bu sizin oynaqları 4 günə sağalda bilər"


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
1
yenisabah.az

2Источники