RU

Leyla və körpəsini öldürən Fəridə ömürlük həbs tələbi

20 yaşlı arvadını və 8 aylıq körpəsini amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror bəyan edib ki, təqsirləndirilən şəxs törətdiyi cinayətə görə ömrü boyu evinə qayıtmağa layiq deyil. Bu əsasla Fərid qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməli, qalan ömrünü həbsxanada keçirməlidir.

Zərərçəkmiş tərəf də ittiham tərəfinin tələbindən razı qalıb.


Müdafiə tərəfinə çıxışa hazırlanması üçün vaxt verilib.

Qeyd edək ki, dəhşətli cinayət hadisəsi ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. İttihama görə, 30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə əvvəlcə 20 yaşlı arvadı Leylanı, sonra isə və 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, özünü də öldürmək istəyib, amma həyatını xilas etmək mümkün olub.

Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, biologiya müəllimliyi ixtisası üzrə təhsil alırdı.

Bu işin məhkəmə istintaqı qapalı keçirildiyi üçün cinayətin səbəbləri bilinmir.

Избранный
10
19
bakupost.az

10Источники