RU

ABŞ televiziya sənayesində nəhəng imza atılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Walt Disney” və “DirecTV” prinsipial razılığa gəldiklərini açıqlayıblar.

Banco.az xəbər verir ki, “Walt Disney Co.” və “DirecTV” milyonlarla izləyicisi üçün ESPN və ABC kimi kanallara çıxışı bərpa etməyə imkan verəcək yeni razılaşma əldə edib.

Bu barədə şirkətlərin birgə bəyanatında deyilir.

Bəyanarda qeyd edilib ki, “DirecTV” kanalların ötürülməsi üçün “bazar əsaslı ödənişlər” ödəməyə razılaşıb.

Peyk-TV provayderi idman, əyləncə və uşaq proqramlarının izləyiciləri üçün daha dar kanal paketləri təklif etmək hüququ qazanıb. “DirecTV” həmçinin gələn il istifadəyə verildikdən sonra ESPN-in yeni onlayn versiyasını abunəçilərə əlavə ödəniş etmədən təklif edə biləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
banco.az

1Источники