RU

Nəhayət, ermənilərin Xankəndiyə qayıdışı QAPANDI – Pərdəarxası

Qarabağ erməniləri geri qayıtmayacaq. Bunu bildikləri üçün Fransa 29 milyon avro ayırır. Əslində, sevinməliyik ki, birdəfəlik bu məsələ qapanıb. Qarabağ torpağında erməni izi olmasa yaxşıdır. Bu, xalqımızın arzusudur. Tribunainfo.az-a danışan siyasi ekspert Ramiyə Məmmədova Parisin Qarabağdan gedən ermənilərə 29 milyon avro ayıracağını elan etməsinə belə münasibət bildirib.

Onun fikrincə, Fransa təxribat xarakterli siyasət yürütsə də, buna bir tərəfdən pozitiv baxmaq lazımdır: “Bizə lazım olan budur ki, suverenliyimiz təmin olunub. Makron Fransası onların gedişini gündəmdə saxlamaqla heç nə əldə edə bilməz. Təbii ki, onların məqsədi həm
“etnik təmizləmə” ittihamı irəli sürərək bu kartı istifadə etmək, həm erməniləri Rusiyadan uzaqlaşdırıb özlərinə tərəf çəkməkdir. Ermənilərin mahiyyəti budur. İndi rusdan üz çevirib fransızın qucağına otururlar. Eyni zamanda, silahlanma həyata keçirilir. Bunlar revanşa səbəb olmayacaq. Ermənistan üçüncü müharibədə daha ağır vəziyyətə düşə bilər”.

Samir

Избранный
6
tribunainfo.az

1Источники