RU

Colanda İHA-nın hücumu nəticəsində bir neçə İsrail əsgəri yaralanıb

Colan təpələrində iki pilotsuz uçuş aparatının hücumu nəticəsində İsrail Müdafiə Qüvvələrinin bir neçə əməkdaşı yaralanıb. Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Məlumata görə, partlayıcı ilə yüklənmiş iki PUA Livandan uçaraq İsrailin mövqelərinə hücum edib. Hərbçilər yüngül xəsarət alıblar, hərbi həkimlər onlara yerindəcə tibbi yardım göstəriblər. Qəzet qurbanların dəqiq sayını göstərməsə də, onların heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını vurğulayıb.

Bundan əvvəl Livanın Hizbullah hərəkatı Colan təpələrindəki Yardendə İsrail artilleriya diviziyasının qərargahına və mövqelərinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
1
oxumeni.az

2Источники