RU

Pakistan şirkətləri COP29-a dəvət olunub

Pakistan şirkətləri bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət olunub.

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.

"Təbii ehtiyatlar ölkə iqtisadiyyatında mühüm rol oynamağa davam etsə də, Azərbaycan ekoloji davamlılığa sadiq qalır. COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyi və davamlılıq üzrə qlobal müzakirələrdə fəal rolunu gücləndirir", - deyə o qeyd edib.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
8
cebheinfo.az

9Источники