RU

Qubadlıda üzümçülüklə bağlı 1 milyon manatlıq işlərə başlanılır

Qubadlı rayonu ərazisində yerləşən üzümçülük təsərrüfatının (117,3 hektar) suvarma suyu ilə təminatı üçün müvafiq işlərə başlanılır.

İqtisadiyyat.az-ın xəbərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu istiqamətdə hazırlıqlara start verib.

Layihə çərçivəsində təsərrüfat sahələrinə boru kəməri çəkiləcək və qurum bu işlərin 1 milyon manata başa gələcəyini proqnozlaşdırır.

Qeyd edək ki, yeni texnika və texnologiyaların tətbiqi, həmçinin işğaldan azad edilmiş torpaqlar üçün qəbul edilmiş yeni Tədbirlər Planı çərçivəsində digər bitki növləri ilə yanaşı üzümlük sahələrinin artımı və daha yüksək məhsuldarlıq səviyyəsi hesabına ölkənin üzümə olan tələbat səviyyəsinin tam təmin edilməsi gözlənilir. Üzümçülük sahəsinin, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi bu rayonda şərabçılıq sektorunun da inkişafına təkan verəcək. Belə ki, 2025-ci ildə üzüm istehsalında Qubadlı rayonunun ölkədəki üzüm istehsalında payının 1,5 faizini təşkil edərək, 2,7 min ton civarında üzüm istehsalı proqnozlaşdırılır.

Избранный
18
iqtisadiyyat.az

1Источники