RU

Nazim Bəydəmirliyə həbs cəzası istənildi

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək sabiq deputatın 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, eks-deputat 2023-cü ilin iyulunda həbs olunub.

İttihama görə, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib.

N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Избранный
3
49
heftelik.az

10Источники