Azərbaycan, Türkiyə, Türkmənistan, Pakistan və digər dövlətlərlə müştərək layihələrin gerçəkləşdirilməsi imkanları nəzərdən keçirilir.
APA-nın IRNA-ya istinadən xəbərinə görə, bunu bugünkü mətbuat konfransında İran prezidenti Məsud Pezeşkian deyib.
O həmçinin xarici sərmayələrin cəlbi üçün azad bazarların yaradılmasının müzakirə olunduğunu söyləyib. İran lideri bildirib ki, ölkəsi diplomatik münasibətləri ədalətli və məqsədyönlü şəkildə həyata keçirmək niyyətindədir.