RU

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

Bu gün 32 il sonra Şuşa şəhərində ilk Bilik Günü keçirilir. Elm və təhsil naziri Emin Əmrullayev ilk dərs günündə Şuşa şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə olub.

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru Səbinə Gözəlova Şuşada 32 il sonra ilk dərs gününün keçirilməsi ilə bağlı təəssüratlarını “Operativ Media” ilə bölüşüb.

“Bu gün həqiqətən də qürurverici gündür. Biz fəxarət dolu bir gün yaşadıq. 32 il sonra Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə ilk zəng çalındı. Bu gün burada çox təzadlı hisslər yaşadıq. Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik.

Bizim gördüyümüz mənzərə çox gözəl idi. Şuşa sakinləri 32 ildən sonra öz övladlarının əlindən tutub, məktəbə gəlirdirlər. Həqiqətən burada həm həyəcan, həm sevinc, həm də kədər var idi. İnanırıq ki, bizə göstərilən bu etimadı doğruldacayıq. Şuşa yenidən alimlər, elm xadimləri yetişdirəcək. 

Bu gün Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə böyük tədbir keçirildi. Elm və təhsil naziri Emin Əmrullayev, Əməkdar müəllim Hafiz Cahangirov və Şəhid Nurlan Həsənovun atası Nadir Həsənov, Şuşa şəhərindən olan qazilərimiz və şəhid ailələri də bu tədbirdə iştirak edirdilər. Biz hazırda qürur, sevinc və fəxr hissləri keçiririk".

Gülcahan Məmmədova

Избранный
10
operativmedia.az

1Источники