ABŞ Rusiyanın dərinliklərinə raket atmağa icazə verə bilər
ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya gizli şəkildə ABŞ-nın uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verə bilər. Bu barədə “The Economist” jurnalının analitik məqaləsində qeyd edilib.
Reyting.az-ın məlumatına görə, məqalə müəllifləri yazırlar ki, əgər Bayden Zelenski ilə görüşdən sonra güzəştə getsə, ictimaiyyətə açıqlama verilməyəcək və bu qərar açıqlanmadan Kiyevə çatdırıla bilər.
Müəlliflərin fikrincə, Vaşinqton məxfiliyin saxlanmasında maraqlıdır.