RU

BOK-un prezidenti postuna 7 namizəd VAR

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti postuna namizədlərin siyahısı açıqlanıb.

"Unikal" qrumun mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda 7 ad var:

Feysəl ibn Hüseyn (İordaniya)

Sebastyan Kou (Böyük Britaniya)

Kirsti Koventri (Zimbabve)

Xuan Antonio Samaranç (İspaniya)

Yohan Eliaş (İsveç)

David Lappartyen (Fransa)

Morinari Vatanabe (Yaponiya)

Qeyd edək ki, ötən ay BOK-un hazırkı prezidenti Tomas Baxın yenidən təşkilata rəhbərlik etməyəcəyi dəqiqləşib. O, 2013-cü ildən komitəyə rəhbərlik edir. Qrumun prezidenti seçkiləri 2025-ci ilin martında Yunanıstanda keçiriləcək.

Избранный
29
3
unikal.az

2Источники