İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalı Azərbaycanda un məmulatları istehsal edən şirkətə sərbəst satış sertifikatı verib.
Bu barədə İİTKM-dən bildirilib.
Məlumata görə, bu sertifikatla Efiopiyaya makaron və digər məhsullar ixrac ediləcək.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq, “azexport.az” portalı tərəfindən təqdim edilir. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
"Cebheinfo.az"