RU

Azərbaycanla layihələrin gerçəkləşdirilməsi nəzərdən keçirilir - İran prezidenti

İran ilk növbədə prioritet olaraq qonşu ölkələrlə əlaqələrini yaxşılaşdırmağa çalışır.

Bunu İran prezidenti Məsud Pezeşkian bu gün (16 sentyabr) Tehranda yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən ilk mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İraqa səfər çərçivəsində birgə layihələr üzrə müzakirələr aparıldı.

"Bu prosesi Pakistan, Türkmənistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə də həyata keçirə bilərik. İqtisadiyyatın gücləndirilməsi qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsindən asılıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian yerli və xarici media nümayəndələri ilə ilk mətbuat konfransında keçirir. Mətbuat konfransına 300-dən çox media mənsubu qatılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
3
olaylar.az

4Источники