RU

Paşinyanın Aİ xülyası: Ermənistanda imzatoplama kampaniyası sadəcə görüntüdür

Paşinyan 50 yox, 500 min səs də toplaya bilər, ancaq bununla Avropa İttifaqının qapıları açılmır

Sentyabrın 16-da Ermənistanda ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı imzaların toplanmasına başlanılıb. Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinə istinadən xəbər verir ki, Komissiya sentyabrın 11-də “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün təşəbbüs qrupunun yaradılması təklifi ilə razılaşıb.
“Respublika” Partiyası Siyasi Şurasının üzvü, 2018-2019-cu illərdə Ermənistanın ədliyyə naziri vəzifəsində çalışmış Artak Zeynalyan təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi təyin edilib.
MSK imzaların toplanmasının sentyabrın 16-dan noyabrın 14-ü daxil olmaqla keçirilməsi barədə qərar qəbul edib. Qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün 50 min vətəndaşın imzası lazımdır. Əgər təşəbbüs qrupu buna nail olsa və deputatlar qanun layihəsini təsdiq etməsələr, onda Ermənistan qanunvericiliyi layihənin referenduma çıxarılması üçün imzaların toplanmasını nəzərdə tutur. Bunun üçünsə 300 min imza lazımdır.

Araşdırmaçı- jurnalist Asəf Quliyevin “Sherg.az”a açıqlamasına görə, Ermənistanın Avropa İttifaqına  daxil olması ilə bağlı imzatoplama kampaniyası  sadəcə bir görüntüdür: 

“Baş nazir Nikol Paşinyan və onun komandası  Ermənistanın Aİ-yə üzv olmasını arzulayır . Lakin Rusiyanın  təzyiqlərindən, ruspərəst qüvvələrin  hədə- qorxularından özünü sığortalamaq üçün xalqın arxasına sığınır. Çox güman ki, təşəbbüs qrupu tələb olunan 50 min imzanı qısa müddət ərzində toplayıb layihənin parlamentdə müzakirəsinə nail olacaqlar. Hətta 50 yox, istəsələr 500 min səsə də toplaya bilərlər. Lakin Ermənistanın Avropa İttifaqına qəbul olunması imzatoplama kampaniyası ilə həll olunacaq bir məsələ deyil. Sadəcə olaraq Paşinyan bununla öz niyyətini  göstərir, Avropadan dəstək alıb, müəyyən güzəştlər əldə etmək istəyir. Ermənistanın Aİ-yə üzvlüyü üçün uzun bir proses getməlidir. Ermənistan hələ heç müraciət etməyib. Müraciət edilsə, prosesin nə qədər vaxt aparacağı sual altındadır”.

Избранный
20
sherg.az

1Источники