RU

Bakı sakinlərinə pis xəbər: Aylarla davam edəcək...

Yeni dərs ilinin başlaması ilə paytaxt yolları yenə iflic olub. Şəhərdə böyük sıxlıq müşahidə olunur. Xüsusilə səhər və axşam saatlarında tıxacın sonu görünmür. Bu sıxlıq pik saatlarda daha dəhşətli dərəcəyə çatır. Çoxları belə bir tıxacın sadəcə ilk gün üçün keçərli olduğunu düşünsə də, bugündən sonra yolların daha bərbad hala düşəcəyini iddia edənlər də az deyil.

Publika.az xəbər verir ki, nəqliyyat eksperti Aslan Əsədov "Yeni Sabah"a açıqlamasında mövcud vəziyyətdən danışıb:

"Tıxacın olması bugünkü günün real mənzərəsini göstərir. Tək bugün, sabah yox, bir neçə gündən sonra da, yaxud aylar sonra da tıxac olması mümkündür. Konkret olaraq məsələnin həllinə gəldikdə, mövzunun mahiyyəti ondan ibarətdir ki, tıxac olan ərazilərə müəyyən dərəcədə istər texniki dəstək, istərsə də, parametrlərə uyğun olan alternatif yaratmaq lazımdır. Bu gün tıxacın yaranma səbəbinə baxsaq, görərik ki, bu, şəhərin hər bir tərəfini əhatə edir. Konkret olaraq, bir məsafə, bir nöqtə üzrə deyil".

Ekspert aidiyyatı qurumların problemlə bağlı həll yolları tapmağa çalışdığını da qeyd edib:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
13
publika.az

10Источники