Orta Dəhliz hazırda 10 milyon tona qədər yük daşımaq potensialı ilə Avropaya ən qısa və ən etibarlı marşrutdur.
“İki sahil” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan-Almaniya biznes forumunda çıxışı zamanı deyib.
Qazaxıstan lideri, həmçinin Şərq və Qərb arasında artan ticarət həcmini dəstəkləmək məqsədilə Orta Dəhlizi Trans-Avropa Nəqliyyat Şəbəkəsi və Avropa İttifaqının “Global Gateway” təşəbbüsü ilə əlaqələndirməyi də təklif edib.
Onun sözlərinə görə, Qazaxıstanın strateji mövqeyi onu Avrasiyada əsas regiondaxili ticarət və logistika mərkəzinə çevirir.
Tokayev onu da qeyd edib ki, Qazaxıstan Almaniya ilə əczaçılıq sahəsində əməkdaşlığı genişləndirmək üçün böyük imkanlara malikdir.
“Ölkəmiz 2025-ci ilə qədər daxili bazarda yerli məhsulların payını 50 %-ə çatdırmaq məqsədi ilə dərman vasitələri və tibbi avadanlıqların istehsalını fəal şəkildə inkişaf etdirir”, - Tokayev söyləyib.