RU

“Kaş qol vurmazdım, amma udardıq” – “Qarabağ”a qol vuran futbolçu

Bilindiyi kimi, dünən “Qarabağ” “Azərsun Arena”da “Səbail”i məğlub etdi. “Dənizçilər”in yeganə qolunu Fərid Nəbiyev vurdu.

Oyundan sonra Fəriddən həm oyun, həm də zədəsi barədə açıqlama aldıq:

“Gərgin oyun oldu. Yetərincə fürsət yarandı. “Qarabağ"la oyunda bu qədər qol vəziyyəti yaratmaq asan deyil. Heyif ki, yararlana bilmədik. Millilər üçün fasiləsindən yetərincə yararlana bilmişik, sadəcə, rəqib top komandalardan olan "Qarabağ" idi. Düşünürəm ki, meydanda layiqincə mübarizə apara bildik. Düzdü, qol vurdum. "Qarabağ"a qol vurmaq başqa hissdi. Amma bu gün uduzduq. Kaş qol vurmazdım, amma udardıq. Rəqib oyunçunun dizi başıma dəydi. İndi yaxşıyam. Növbəti oyunlarda komandama kömək etməyə çalışacam”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
football-plus.az

1Источники