Almaniyanın "Volkswagen" avtomobil konserni 15 min işçisinin ixtisarına səbəb ola biləcək zavodları bağlamaq imkanını nəzərdən keçirir."Bloomberg" bu barədə "Jefferies" analitiklərinin məlumatlarına istinadən yazıb."Jefferies" analitiklərinin fikrincə “Volkswagen AG" bu il fabriklərini bağlamaq qərarına gələ bilər ki, bu da öz növbəsində 15000-dən çox iş yerinin ixtisarına yol açacaq.Analitiklərin fikrincə istehsal gücünün dayandırılması 4 milyard avroya başa gələ bilər.Analitik qeyddə material müəllifləri qeyd edirlər ki, fəhlə həmkarlar ittifaqları yalnız əmək haqqına görə tətil edə bilər, lakin zavodun bağlanması və ya işdən çıxarılmasına görə tətil edə bilməz, əgər onlar müqavilə ilə qorunmursa.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта