“İsrailin Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün Hizbullah hərəkatına qarşı hərbi əməliyyatlar keçirməkdən başqa seçimi yoxdur”.
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant danışıb.
Qalant Livan-İsrail sərhədində vəziyyətin həlli ilə bağlı razılığın əldə olunması imkanlarının aşağı olduğunu vurğulayıb:
“Çünki “Hizbullah” Qəzza zolağında fəaliyyət göstərən Fələstinin radikal “HƏMAS” hərəkatı ilə bağlılığını davam etdirir və münaqişəni dayandırmaqdan imtina edir. İsrailin şimalında yaşayan sakinlərin evlərinə qayıtmasının yeganə yolu hərbi əməliyyatdır”.