RU

3 azərbaycanlı Rusiyada zorla müharibəyə göndərilir: Ailələri danışdı – VİDEO

Çeçenistanda üç azərbaycanlının saxlanılaraq zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilir.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovun may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilir.

Saxlanılan şəxslərin  sözlərinə görə, orada hərbçilərin təzyiqi altında sənəd imzaladaraq onları Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər.

Saxlanılan şəxslərin yaxınları da “Xəzər Xəbər”ə danışıblar. Onlar aidiyyatı qurumlardan kömək istəyirlər.

Daha ətraflı videoda:

Избранный
16
1
yenicag.az

2Источники