Son bir neçə gündə Rumıniyadan Polşaya istiqamətlənən daşqınlar nəticəsində azı 17 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə "Röyters" xəbər yayıb.
Sentyabrın 16-da Polşa və Çexiyanın bir sıra ərazilərinin sakinləri təcili təxliyə edilib, Mərkəzi Avropanın digər regionları isə dağıntılar və tələfatları geridə qoyaraq son iyirmi ilin ən pis daşqınının nəticələrini təmizləməyə başlayıb.
Ötən həftədən bəri davam edən leysan yağışları və suyun səviyyəsinin yüksəlməsi bəzi körpülərin uçmasına, avtomobillərə və evlərə ziyan vurmasına səbəb olub.