Azərbaycan şirkətləri Afrika ölkəsinə un məmulatları ixrac edəcəklər.
FED.az xəbər verir ki, «Azexport»un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Azərbaycanda un məmulatları istehsal edən şirkətə sərbəst satış sertifikatı verib. Bu sertifikatla Efiopiyaya makaron və digər məhsullar ixrac ediləcək.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq, “azexport.az” portalı tərəfindən təqdim edilir.
Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir. Sertifikatın verilməsi Amerika qitəsi, Asiya, Okeaniya, Avropa və Körfəzin 100-dən artıq ölkələrinə məhsulların ixracını asanlaşdırıb.