RU

Neymar Mbappe ilə bağlı "Real Madrid"dən braziliyalılara şikayət edib

Braziliyalı hücumçu Neymar "Real Madrid"də çıxış edən həmyerlilərinə məktub yazıb, fransız hücumçu Kilian Mbappedən şikayətlənib.Bu barədə GFFN məlumat yayıb .Jurnalist Siril Anunanın imzasıyla qeyd olunan mənbənin sözlərinə görə, cənubi amerikalı Vinisius Junior, Rodriqo və digər oyunçularla Mbappenin transferini mənfi şəkildə müzakirə edib.“Real Madrid”dən olan braziliyalılar Neymarla dostdurlar. Onunla Mbappe arasında həmişə müharibə olub. Neymar onlara Mbappe haqqında yazıb ki, bu, fəlakət və cəhənnəmdir”, - Anuna bildirib.Mbappe ilə Real Madrid arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu Madrid klubuna azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi PSJ-də çıxış edib.Mbappe İspaniya çempionatında "Real"ın heyətində ilk qollarını "Betis"lə 4-cü tur matçında vurub. O, dubla imza atıb və Madrid klubu 2:0 hesabı ilə qalib gəlib. Sentyabrın 4-də Mbappe “Qızıl top”a namizədlər siyahısına daxil edilib.
 

Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
2
dunyapress.info

10Источники