RU

Gəncədə “Nizami günləri” layihəsi yekunlaşıb

Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncə­vinin xatirəsinə həsr olunmuş “Nizami günləri” layihəsinin təntənəli bağlanış mərasimi keçirilib.

Sentyabrın 11–15-də keçirilən layihə­nin sonuncu günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniya­sının təqdimatında Nizami məqbərəsinin önündə görkəmli bəstəkar, Xalq artisti Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdirilib.

Tamaşanın bədii rəhbəri Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Aka­demiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək “Nizami günləri” layihəsini yüksək qiymətləndirib, layihənin nəin­ki Gəncə, ölkəmiz üçün mədəni hadisəyə çevrildiyini vurğulayıb. 

“Nizami” operasında Əməkdar artistlər Ramil Qasımov (Nizami), İnarə Babaye­va (Rəna), Tural Ağasıyev (Lal), solistlər Mahir Tağızadə (Atabəy), Taleh Yahyayev (Qızıl Arslan), Elmir Rüstəmov (Sərkərdə) çıxış ediblər.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysteri Əməkdar artist Yuriy Lobaçevdir.

Beş gün davam edən “Nizami günləri” layihəsi möhtəşəm atəşfəşanlıqla yekunla­şıb.

XQ

Избранный
25
9
xalqqazeti.az

9Источники