“Ədibin Evi” və Türk Mədəniyyəti və İrsi Fondunun ortaq layihəsi olan yeni kitab “Türk dünyasının görkəmli şəxsiyyətləri” seriya nəşrlərinin bir hissəsidir.
Xatırladaq ki, bu seriyadan ilk nəşr Prezident İlham Əliyevin sərəncamı ilə bu il 530 illik yubileyi qeyd edilən dahi şair Məhəmməd Füzuli haqqında “Heydər Əliyev və Məhəmməd Füzuli” kitabı olub.
Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında keçirilən təqdimat mərasimində görkəmli yazıçılar, şairlər, ədəbiyyatşünaslar, eləcə də türk dünyasının Bakıdakı diplomatik korpusunun nümayəndələri və aparıcı media üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Nizami Türk dünyası ədəbiyyatının sütun imzalarındadnıdr. Onun irsi yarandığı gündən əsərlərində tərənnüm etdiyi bəşəri dəyərlərlə yanaşı, türk təfəkkürünü təbliğ etdiyinə görə Türk dünyasında nümunə, ilham və təlqin mənbəyinə çevrilib.
Türk Mədəniyyəti və İrsi Fondu prezidenti Aktotı Raimkulova bildirib ki, “Türk dünyasının görkəmli şəxsiyyətləri” seriyası ilə yanaşı, Fond, həmçinin “Türk dünyasının ədəbi inciləri” və “Türk dünyasının elmi inciləri” adlı kitab seriyası da nəşr edir. O, yeni nəşrin kitabsevərlər tərəfindən yüksək rəğbətlə qarşılanacağına inanını ifadə edib.
AYB-nin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, BDU-nun professoru Təhsin Mütəllimov, akademik Rafael Hüseynov, Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışlarında Nizami Gəncəvinin mənəvi dünyasının Azərbaycan ədəbiyyatında yaratdığı izlərin Mir Cəlal yaradıcılığında dərindən araşdırıldığını və gələcək nəsillər üçün ədədi miras kimi qalacağını qeyd ediblər.
Mir Cəlalın oğlu, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev türk xalqlarının ədəbi şəxsiyyətlərinin yaradıcılığının tanıdılmasının əhəmiyyətini vurğulayıb və Türk Mədəniyyəti və İrsi Fonduna fəaliyyətində uğurlar arzulayıb.
XQ