RU

ÜST “mpox” virusuna qarşı ilk peyvəndi təsdiqləyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “mpox” virusuna qarşı ilkin kvalifikasiya edilmiş peyvəndin MVA-BN olduğunu açıqlayıb.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ÜST-ün yazılı açıqlamasında “Bavarian Nordic” tərəfindən istehsal edilən “MVA-BN” peyvəndinin virusa qarşı əvvəlcədən təyin edilmiş peyvənd siyahısına əlavə edildiyi bildirilib.

Həyati əhəmiyyətli məhsulun epidemiyanın idarə olunmasına kömək edəcəyi gözlənilir.

ÜST-ə bağlı İmmunlaşdırma üzrə Mütəxəssislərin Məsləhət Qrupu (SAGE) MVA-BN peyvəndinin 18 yaşdan yuxarı insanlara 4 həftə ara ilə 2 dozada tətbiq oluna biləcəyini vurğulayıb.

Məsələni sosial media platforması X-də paylaşan ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus, bunun həm Afrikadakı mövcud epidemiyalarla, həm də gələcəkdə xəstəliklə mübarizədə mühüm addım olduğunu bildirib.

Mpox virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, dəsmal və bənzər əşyalardan istifadə etmək olmaz.

İlk simptomlar virusa yoluxduqdan sonra 21 gün ərzində görünə bilər. Virus yüksək hərarət, başağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur. Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır.

ÜST 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlar səbəbindən “meymunçiçəyi” adını “mpox” olaraq dəyişdirdi.

“Mpox” virusu avqustun 14-də ÜST tərəfindən “ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət” elan edilib.

Избранный
116
17
missiya.az

10Источники