RU

SON DƏQİQƏ! Elman Paşayev Moskvada SAXLANILDI


Rusiya Federasiyasının İstintaq Komitəsi vəkil Elman Paşayevə qarşı cinayət işi açıb. O, Moskvada dələduzluq ittihamı ilə saxlanılıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.

İstintaq müəyyən edib ki, 2024-cü ilin fevralında Elman Paşayev Moskvada Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində arvadı Yelenanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər.

Blinovski ilə razılığa gələn vəkil ondan külli miqdarda pul alıb.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açıb. 

Rusiya telegram kanallarının məlumatına görə, Elman Paşayev Rusiya Federal Vergi Xidməti tərəfindən də axtarışa verilib.

Onun dövlətə 707 min rubl (13 295 manat) borcu olduğu iddia edilir.

Qeyd olunub ki, ötən gün onun hüquq bürosu olan "Elman Group"un hesabları üzrə əməliyyatlar vergiləri ödəmədiyi üçün dayandırılıb. Şirkətin saytı artıq işləmir.


Избранный
176
4
nuh.az

10Источники