RU

Ben Uişoudan "Ceyms Bond"la bağlı açıqlama

"Ceyms Bond" filmlərində Britaniya Məxfi Xidmətinin qondarma tədqiqat və inkişaf şöbəsinin rəhbəri Q obrazını canlandıran Ben Uişou "BBC"də yayımlanan "Laura Kuenssberqlə bazar" verilişinin qonağı olub.

Kulis.az xəbər verir ki, aktyor"Ceyms Bond"un gələcəyi ilə bağlı sualları cavablandırıb.

O, Q roluna qayıtmağın mümkün olmadını deyib:

"Növbəti filmdə çəkiləcəyimi düşünmürəm. Düşünürəm ki, onlar yeni aktyor heyəti ilə başlayacaqlar".

Digər tərəfdən, Daniel Kreyq Ceyms Bond obrazı ilə vidalaşdıqdan sonra "Yeni Ceyms Bond kim olacaq?" sualının cavabı sirr olaraq qalır.

Yeni Bond olmaq üçün ən güclü namizədlərdən biri Aaron Taylor-Consondur.

Uişou mövzu ilə bağlı suallara dəqiq cavab verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
kulis.az

1Источники