RU

65 milyon manat dövlət büdcəsinə kim ziyan vurub?

2024-cü ilin yanvar-avqust aylarında nəzarət tədbirləri nəticəsində 186,9 milyon manat məbləğində maliyyə pozuntusu aşkarlanıb.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən, “Auditor xidməti haqqında” qanunun 30 illiyinə həsr olunmuş “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq konfransda deyib.

 

O qeyd edib ki, aşkar edilmiş maliyyə pozuntusundan büdcəyə zərər 64,5 mln. manat, digər pozuntuların məbləği isə 122,4 mln. manat olmuşdur. Hesablanmış büdcəyə zərər məbləğindən 48,9 mln. manatın bərpası, eləcə də əvəzləşdirilməsi üzrə Hesablama Palatasının Kollegiyası tərəfindən təkliflər verilmişdir. Hüquq-mühafizə orqanlarına göndərilən materiallar üzrə ehtimal olunan pozuntu məbləği təxminən 8, mln. manatdır. Bərpası haqqında qərar verilməyən məbləğin təqribən 7,6 mln. manatı isə sosial xarakterli ödənişlərlə bağlı olub.

Dövlət maliyyəsinin hesabatlılığının yaxşılaşdırılmasına xidmət edən addımlardan biri də maliyyə hesabatlarının auditi nəticəsində müəyyən edilmiş təhriflər üzrə düzəlişlərin aparılmasıdır. 2024-cü ilin 8 aylıq yekunlarına görə əvvəlki ildə müəyyən edilmiş təhriflərin 200 mln. manatdan çoxu üzrə düzəlişlər edilib.

“Hesabatlılıq və şəffaflığın artırılması istiqamətində görülən işlərdən biri də illik və yarımillik fəaliyyətimiz haqqında hesabat və məlumatlarımızın, büdcə prosesində iştirakla bağlı rəylərimizin, həmin sənədlər üzrə Xülasələrin rəsmi internet səhifəmizdə yerləşdirilməsidir. Məlumat üçün bildirim ki, 2024-cü ilin geridə qalan dövründə 5 rəy, 2 hesabat, 4 xülasə ictimaiyyətə təqdim olunmuşdur. Cari ildə ilk dəfə illik fəaliyyətimizlə bağlı mətbuat konfransını keçirmişik”-deyə Vüqar Gülməmmədov əlavə edib.

Избранный
30
10
xalq.az

10Источники