RU

Naxçıvanda 5 minə yaxın yeni vergi ödəyicisi qeydə alınıb

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4903 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, onların 4695-i fiziki şəxslər, 208-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz artıb.

Bu ilin 8 ayında kommersiya qurumlarının 65,9 faizi elektron qaydada, 34,1 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Избранный
14
4
operativmedia.az

5Источники