Almaniya Rusiyanın infrastrukturuna hücumlarının davam etməsi ilə əlaqədar Ukraynaya əlavə 100 milyon avro qış yardımı ilə dəstək verəcək.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib.
"Ukraynada dağılmış infrastruktura görə kifayət qədər enerji yoxdur, buna görə də elektrik, su və istilik yoxdur, Moskva Ukraynada insanların həyatını mümkün qədər dəhşətli etməyə çalışır", - o, vurğulayıb.
Nazir əlavə edib ki, Ukraynaya dəstək "həmçinin Moldovaya və ümumilikdə Avropa demokratiyasına dəstəkdir".
Gülayə Mecid