RU

"Lənkəran" klubu yeni transferini reallaşdırıb

Azərbaycan Baketbol Liqasının debütantı "Lənkəran" yeni transferini reallaşdırıb.

Klubdan "Report"a verilən məlumata görə, cənub təmsilçisi heyətini ABŞ-li oyunçu Qreqorq Milton ilə gücləndirib.

190 sm boya malik Milton universal basketbolçu sayılır. O, həm müdafiəçi, həm hücumçu, həm də oyunqurucusu mövqeyində çıxış edə bilir.

24 yaşlı oyunçu karyerası ərzində Lüksemburqun “AB Contern” və Meksikanın “Frayles” klublarının formasını geyinib.

Избранный
39
7
far.az

10Источники