RU

İşğaldan azad olunmuş ərazilərdə əlverişli investisiya iqlimi yaradılıb

Ölkəmizin artan nəqliyyat-tranzit imkanları, bu sahədə təşəbbüsçüsü və iştirakçısı olduğumuz regional və dünya əhəmiyyətli layihələr, Orta Dəhlizin təqdim etdiyi əməkdaşlıq potensialı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər layihələr qarşılıqlı faydalı tərəfdaşlığımıza əlavə imkanlar açır.

Bunu Azərbaycan-İraq biznes forumunda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, Ələt Azad İqtisadi Zonası isə investorları cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil etməyə, Azərbaycanın tranzit imkanlarını genişləndirməyə, yükdaşımaları artırmağa başlayıb.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin inkişafına özəl sərmayələrin cəlb edilməsi fəal şəkildə təşviq edilir və bu ərazilərdə əlverişli investisiya iqlimi yaradılıb. İşğaldan azad edilmiş ərazilərin cəlbediciliyini artırmaq məqsədilə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər təqdim edilib. Texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar da 2023-cü ilin əvvəlindən 10 il müddətinə ƏDV və idxal gömrük rüsumundan azad edilib. Həmçinin hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunub.

Избранный
27
vergiler.az

1Источники