RU

Narinin ölüm səbəbi bəlli oldu

Türkiyənin Diyarbəkir bölgəsində 19 gün davam edən axtarışlardan sonra cəsədi tapılan Narin Güranın ölüm səbəbi məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Tibbi ekspertizanın rəyi ilə Narin Güran boğularaq öldürüldüyü dəqiqləşdirilib.

Həmçinin məlumatda Narinin ağız suyu ilə əmisi Salim Güranın əlində və maşınından götürülmüş mayenin tərkibinin eynilik təşkil etdiyi qeyd olunub.

Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dovşantəpə) kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib.

İstintaq çərçivəsində Narinin 8 nəfər qohumu həbs olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
8
axar.az

10Источники