RU

İsveç müdafiə üçün əlavə 1,3 milyard dollar ayıracaq

İsveç 2025-ci ildə hərbi xərclərini 1,3 milyard dollar artıraraq 13,5 milyard dollara çatdırmaq niyyətindədir.

İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson bildirib.

Nazirin sözlərinə görə, müdafiə xərcləri bu il ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2,2%-dən 2025-ci ildə ÜDM-in 2,4%-nə yüksələcək. Eyni zamanda, o bildirib ki, İsveçin müdafiə xərclərinin 2028-ci ildə ÜDM-in 2,6%-nə çatacağı gözlənilir.

İsveç hökuməti sentyabrın 19-da 2025-ci maliyyə ili üçün büdcə qanun layihəsini parlamentə təqdim etməyi planlaşdırır.

 

Sadiq Cavadov

Избранный
15
1
iqtisadiyyat.az

3Источники