RU

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub

Rəhman Mərdan oğlu Əliyev Rabitəbankın Müşahidə Şurasının müstəqil üzvü təyin edilib.

Qeyd edək ki, təyinat üzrə qərar “Rabitəbank” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarına və Mərkəzi Bankın razılıq məktubuna əsasən verilib.

Rəhman Əliyev, 1999-2003-cü illər üzrə Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2017-2019-cu illər üzrə isə Azərbaycan Dövlət İqtisad Universitetində eyni ixtisas “Mühasibat uçotu və audit” üzrə magistr təhsili almışdır.Bank sferasında 20 ilə yaxın peşəkar təcrübəyə malik Rəhman Əliyev ilk əmək fəaliyyətinə 2005-ci ildən etibarən mikro, kiçik və orta biznes kreditlərinin satışı sahəsində başlamışdır. 2009-2013-cü illərdə filial müdiri, 2014-2022-ci illərdə “Pərakəndə xidmətlər”, “Qeyri-kredit satışı və Bank xidmətləri”, “Satış Departamenti” və “Biznesə dəstək” departamentlərində direktor kimi çalışmışdır.2022-2024-cü illərdə isə “Pərakəndə bankçılıq” üzrə Baş direktor vəzifəsində fəaliyyət göstərmişdir. Əlavə olaraq bildirmək istərdik ki, Rəhman Əliyev, həmçinin Rabitəbankda Korporativ İdarəetmə Komitəsinin sədri kimi də fəaliyyət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
17
5
banco.az

5Источники