RU

Üzeyir Hacıbəylinin ev muzeyində unudulmaz anlar yaşandı- Sənət akademiyası dahi bəstəkarın xatirəsini andı

Azərbaycanın görkəmli sənətkarı Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət akademiyasının tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümü münasibətilə onun Bakıdakı ev muzeyində konsert proqrmaı ilə çıxış ediblər.

Missiya.Az xəbər verir ki, gənc ifaçılar böyük bəstəkarın ölməz əsərlərini ifa edib, onun müəllifi olduğu dünyaca məşhur operalar əsasında maraqlı kompazisiyalar təqdim ediblər.Aybəniz Haşımovanın “Leyli və Məcnun” operasından Leylinin ölüm səhnəsini ifa etməsi xatirə proqramını xüsusilə yaddaqalan edib.Konsert proqramını tanınmış mədəniyyət xadimləri, musiqişünaslar, ictimaiət nümayəndələri və media mənsubları da izləyib.Qonlaqlar arasında Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin üzvləri də olub.Konsert proqramından sonra Sənət akademiyasının tələbələri Fəxri xiyabanda Üzeyir bəyin məzarını ziyarət ediblər.Xatırladaq ki, Aybəniz Haşımova Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədridir.Leyla SƏMƏNDƏRMissiya.Az

Избранный
46
8
missiya.az

9Источники