RU

Azərbaycanlı müəllifin nağılı udmurt dilində

Rusiya Federasiyasında udmurt dilində həftəlik nəşr olunan "Zeçbur!" (Salam!) uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş qəzetinin növbəti nömrəsində AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin qələmə aldığı “Qarınqulu ayı balası” nağılı dərc edilib.

Kulis.az xəbər verir ki, nağılın tərcüməçisi qəzetin baş redaktoru Antonida Yermolina, illüstrasiyanın müəllifi isə gənc rəssam Yekaterina Menzaripovadır.

Hazırda müəllifin yazdığı digər əsərlər də tərcümə edilir və növbəti aylarda nəşrin “Dünya uşaq ədəbiyyatı ilə tanışlıq” rubrikasında udmurtiyalı uşaqlara təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
1
kulis.az

2Источники