RU

Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurası ilə əməkdaşlıq görüşü keçirilib

23 avqust 2024-cü il tarixində Riqada Mediasiya Şurasının üzvü, Türk Dünyası Mediatorlar Birliyinin Təhsil Məsələləri üzrə Komissiyasının rəhbəri Miryusif Cavadzadə Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurasının sədri Faila Abbasova və müavini Kristapu Mikosu ilə görüş keçirib.

QHT.az xəbər verir ki, görüş zamanı tərəflər arasında imzalanmış birgə əməkdaşlıq memorandumunun icrası çərçivəsində mediatorların hazırlığı və ixtisaslarının artırılması məqsədilə təlimlərin təşkili və həyata keçirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılıb. Tərəflər, mediatorların təlim və sertifikatlaşdırılması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin önəmini vurğulayıblar.

Latviya Sertifikatlaşdırılmış Mediatorlar Şurasının sədri Faila Abbasova fəal əməkdaşlığa və dəstəyə görə Azərbaycan Respublikası Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilova təşəkkür edib.

Bu görüş mediatorların peşəkarlığının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
qht.az

1Источники