RU

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçiriləcək

Bakı. Trend:

Sentyabrın 25-də saat 11:00-da Biznes mühiti və beynəlxalqreytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinəqoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclasıkeçiriləcək.

Trend xəbər verir ki, iclasdaDünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər(elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin vəkommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə YolXəritəsi”nin cari ilin üçüncü rübü ərzində icra vəziyyəti barədəməlumat veriləcək, elektroenergetika sektorunda tənzimləyicininfunksiyasını və səlahiyyətlərini əks etdirən “Elektron MəlumatKitabçası”nın (Handbook) təqdimatı olacaq. Həmçinin elektriktəchizatı şəbəkəsinə qoşulma sahəsində sahibkarlarınməlumatlandırılması məqsədilə müzakirələr aparılacaq.

İclasla əlaqədar vətəndaşlar, o cümlədən, özəl sektornümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiyanın https://azranking.az internetportalının “onlayn müraciət” (https://azranking.az/online-apply)bölməsi vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahəvə məsələlər barədə təkliflər təqdim edə bilərlər.

Избранный
15
8
az.trend.az

10Источники