RU

Keyn Runini geridə qoydu

“Bavariya”nın hücumçusu Harri Keyn Çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 31 yaşlı forvard buna evdə Zaqreb “Dinamo”sunu 9:2 hesabı ilə məğlub etdikləri Liqa mərhələsinin I tur oyununda nail olub. Qarşılaşmada poker edən İngiltərə millisinin üzvü Alan Smitin 1991-ci ildəki uğurunu təkrarlayıb. Həmin vaxtdan sonra hansısa ingiltərəli oyunçu avrokubokların əsas raundunda bir matçda 4 qol vurmamışdı. Keyn həm də “Mançester Yunayted”in sabiq üzvü Ueyn Runinin rekordunu qırıb. O, Çempionlar Liqası tarixində 33-cü qoluna imza ataraq ən çox qol vuran ingilis oyunçu olub. Runinin hesabında 30 qol var. Qeyd edək ki, Harri Keyn ötən ilin yayında “Tottenhem”dən “Bavariya”ya keçib.

Избранный
32
5
matc.az

10Источники