RU

Quru sərhədlərlə bağlı ŞAD XƏBƏR - Açıla bilər!

Rəsmilər nə təkzib, nə təsdiq edir; təhlükəsizlik eksperti: "Müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar doğrudur, amma..."

COVİD-19 pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin martında tətbiq olunan xüsusi karantin rejimi nəticəsində Azərbaycanın quru sərhədləri bağlanıb. Hazırda Azərbaycanda xüsusi karantin rejiminin vaxtı oktyabrın 1-nə qədər növbəti dəfə uzadılıb.

Hər karantin müddəti bitməyə yaxın quru sərhədlərinin açılacağı ilə bağlı mövzu aktuallaşır. Bəllidir ki, bu ilin noyabrında  Azərbaycan COP29 tədbirlərinə ev sahibliyi edəcək. Bu səbəbdən də çoxsaylı xarici vətəndaşın Azərbaycana gələcəyi planlaşdırılır.

"Quru sərhədlərinin müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar  doğrudur. Amma həmişəlik açılması məsələsi hələ  sual altındadır".

Olaylar.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib. O bildirib ki, quru sərhədlərin müvəqqəti bağlanmasında fayda var: "Çünki regionda müəyyən proseslərin getməsi, qonşu dövlətlərdə olan agentura şəbəkəsinin Azərbaycana müdaxiləsi və bir çox səbəblər var ki, sərhədlərin nəzarətdə saxlanılmasında fayda var. Ona görə də dövlət bu təhlükəsizlik qaydalarına əməl edərək bu cür addımlar atır. Nə zaman tamamən açılacağı isə COP29 hadisəsindən sonra ola bilər. Regionda bir sıra dəyişikliklər və təhlükəsizlik qaydalarının maksimuma qaldırılması, ölkələr arasında anlaşmalar müsbət nəticə göstərərsə, açıla bilər".

Məsələ ilə bağlı TNS-in sorğusunu cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı nə təsdiq, nə də təkzib edib. Qurum rəsmisi bildirib ki, sərhədlərin açılıb-açılmaması ilə bağlı dəqiq məlumatı yoxdur: "Bu barədə məlumatım yoxdur. Bir məlumat olarsa, ictimaiyyətə bildiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
85
24
olaylar.az

10Источники